Rusiya Müdafiə Nazirliyi Moskvanın taktiki nüvə silahından istifadəni imitasiya edən hərbi təlim keçirməyi planlaşdırdığını açıqlayıb.

İndex.az xəbər verir ki, təlimlərin bəzi Qərb rəsmilərinin Rusiya Federasiyası ilə bağlı təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq keçiriləcəyi bildirilib.

Bildirilir ki, bu elan Ukraynanın Qərb müttəfiqlərinə iki ildən artıq davam edən müharibəyə daha dərindən qarışmamaq üçün xəbərdarlıq xarakteri daşıyır.

Ukraynanın bəzi Qərb tərəfdaşları bundan əvvəl müharibənin Ukraynadan kənara da yayıla və NATO ilə Rusiya arasında münaqişəyə çevrilə biləcəyindən ehtiyat edərək, müharibənin alovlanmasından narahat olduqlarını bildiriblər.