AZ

Cəmi 5 dəqiqə ərzində sizi baş ağrılarından xilas edir

Baş ağrısı şikayətləri bəzən keçməyəcək qədər şiddətlə hiss edilir. Gündəlik həyatınıza böyük təsir edən bir şikayət olan baş ağrısından xilas olmaq üçün bu üsulu yoxlamaq kifayət edəcək.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, baş ağrısı şikayətləri stress, depressiya, yorğunluq və yuxusuzluq kimi səbəblərdən yarana bilər. Bundan əlavə, baş ağrısı şikayətləri də xəstəliklərin yan təsiri olaraq ortaya çıxa bilər. Təbii ağrı kəsici üsullarla baş ağrılarınızdan asanlıqla xilas ola bilərsiniz. Həmçinin baş ağrılarından dəqiqələr içində xilas olmaq üçün təbii yağlardan faydalana bilərsiniz. Beyinə gedən damarları genişləndirərək baş ağrısı şikayətlərini aradan qaldıran lavanda yağından istifadə etmək kifayət edəcək. Baş ağrısı şikayətlərini lavanda yağı ilə aradan qaldırmaq üçün bir qab qaynar suya 8-10 damcı lavanda yağı əlavə edin. Sonra fasilələrlə bu qarışıqdan çıxan buxarı qoxlayın. Bir neçə dəqiqə davam etdikdən sonra baş ağrısının öz-özünə keçdiyini görəcəksiniz. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla