AZ

Bazarda okean məhsulları artmasa qiymətlər yüksək olacaq -EKSPERT

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır.
Xəzər TV bildirir ki, satıcılar bildirirlər ki, hazırda satışda olan balıqlar ya xarici ölkələrdən, ya da təsərrüfatlardan gətirilir.
Ölkəyə balıq daha çox Qazaxıstan, Rusiya, Türkiyə və Norveçdən gətirilir. Bununla yanaşı, hazırda yerli təsərrüfatlarda yetişdirilən balıqların da satışı həyata keçirilir.
Satıcılar bildirirlər ki, hazırda bazarlarda Xəzər dənizindən tutulan balıq olmadığından xaricdən gətirilən dəniz balıqlarının qiymətlərində cüzi artım var.
Hazırda bazarlarda daha çox dənizdən tutulan kütüm, berj və kefalın qıtlığı yaşanır. Balıq ovu qadağası bitdikdən sonra isə bu növ balıqlar yenidən satışa çıxarılır və xaricdən gətirilənlərin qiymətləri enir. 

İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a  bildirib ki, balığın bahalaşmasının əsas səbəbi daha az məhsul bazara çıxarılmasıdır:

“Təklifin dəyişməsi qiymətlərə təsir göstərir. Qırmızı ət ilə ağ ətin arasında balıq mövqeyləşir. Qırmızı ət bahalaşanda onlara da təsir edir. Çünki bir birini əvəz edən məhsuldur. Azərbaycanda qiyməti qalxan bir məhsulun aşağı düşməsinə dair təcrübə varmı ki? Bu nadir hallarda olur. Payız aylarında məhsullar bol çıxarılarsa, o zaman qiymətlər aşağı düşəcək ki, bazara daha çox təklif olsun. Balıqların qidası və dərmanı bahalı bir prosesdir. Balığın qiymətində kəskin enmə müşahidə edəcəyimizə inanmıram. Bazarda okean məhsulları artmasa qiymətlər yüksək olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla