AZ

"Arsenal"ın futbolçuları Səudiyyə Ərəbistanına yollana bilər

"Arsenal" hücumçu Qabriel Jezus və Tomas Parti ilə yollarını ayırmağı planlaşdırır.

Sportalaz xəbər verir ki, London təmsilçisi yayda hər iki oyunçunu satışa çıxaracaq. Bu barədə "Express" nəşri məlumat yayıb.

Jezus və Partiyə Səudiyyə Ərəbistanı klublarından maraq var. "Topçular" futbolçuların satışından əldə etdiyi gəlirlə yeni transferlər etməyi hədəfləyir.

Qeyd edək ki, Qabriel Jezus bu mövsüm "Arsenal"ın heyətində meydana çıxdığı 38 rəsmi matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Tomas Parti isə 14 oyunda iştirak edib. 30 yaşlı yarımmüdafiəçi meydanda olduğu qarşılaşmalarda fərqlənə bilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla