AZ

Massimiliano Alleqri “Roma” ilə heç-heçəni şərh etdi

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 35-ci turunun “Roma” ilə səfər oyununu (1:1) şərh edib.

Arena.az jurnalist Canluka Di Martsionun saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Qalib gələ bilmədiyimiz oyunu uduzmaq riskinə düşdük. “Roma” oyuna qayıtdı, imkanlarımız oldu, amma son iki dəqiqədə topa heyrətamiz surətdə nəzarət edirdik”, deyə Alleqri bildirib.

İtalyan mütəxəssis həmçinin cari mövsümdə “byankoneri”nin daha yaxşı çıxış edə biləcəyi haqda məqama toxunub:

“Azacıq peşmançılıq var, çünki daha yaxşısını edə bilərdik. Bəzən futbol mərhəmət bilmir. Bir məqamda hər şey yaxşı gedir, digərində isə yox. Əsas məqsəd gözdən itəndə – baxmayaraq ki, biz “İnter”in daha güclü komanda olduğunu bilirdik, – o zaman, bir qayda olaraq, yavaşlayırsan”, deyə Massimiliano Alleqri əsaslandırıb.

35 oyundan 66 xalla “Yuventus” A Seriyasının yarış cədvəlində 3-cü, “Roma” isə 5-ci pillədə qərarlaşıb. A Seriyasına çempionluğunu erkən təmin etmiş “İnter” 89 xalla başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla