AZ

“Təmiz hövzələr” aksiyası çərçivəsində tədbirlər davam etdirilir

“Təmiz hövzələr” aksiyası çərçivəsində aprel ayında su hövzələrindən 21810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Ekologiya.az xəbər verir ki, qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 2024-cü ilin aprel ayında Xəzər dənizinin Xaçmaz, Siyəzən, Lənkəran, Astara rayonları, eyni zamanda Bakı şəhərinin Sabunçu, Pirallahı və Xəzər rayonları akvatoriyasından, Kür və Araz çaylarından, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarından ümumilikdə 21810 metr uzunluğunda 375 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
6
Mənbələr
Şərh ()
Bağla