AZ

"LinkedIn"in təsisçisi öz klonundan müsahibə götürüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Reid Hoffman öz süni intellekt klonundan müsahibə götürüb.

Banco.az xəbər verir ki, “LinkedIn” təsisçisi olan texnoloji sahibkar Reid Hoffman bu yaxınlarda süni intellekt dünyası üçün maraqlı bir addım atıb.

Belə ki, onun öz süni intellektli klonu ilə keçirdiyi müsahibə texnologiya aləminsə böyük maraq doğurub.

Hoffmanın klonu onun məlumatı, səsi və davranışı üzrə öyrədilmiş GPT (Generative Pre-trained Transformer) modeli ilə təchiz edilmişdir. Bu heyranedici texnologiya Hoffmana özünün rəqəmsal versiyasını yaratmağa və onunla qarşılıqlı əlaqə qurmağa imkan verir.

Qeyd edək ki, Hoffman süni intellekt klonu ilə müsahibəsində süni intellekt və texnologiya haqqında ətraflı söhbət edib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla