AZ

Qəzzada aşkar edilən kütləvi məzarlıqlar BMT ekspertlərini dəhşətə GƏTİRDİ

BMT-nin insan haqları üzrə ekspertləri İsrailə silah tədarükünün dayandırılmasını tələb ediblər, çünki onlar “qadın və uşaqları öldürmək üçün istifadə olunur”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, yayımlanan bəyanatda onlar Qəzza zolağında aşkar edilən kütləvi məzarlarla bağlı xəbərlərdən dəhşətə gəldiklərini vurğulayıblar.

“Qəzza zolağında bu yaxınlarda aşkar edilmiş kütləvi məzarlıqlarla bağlı təfərrüatlar bizi dəhşətə gətirir”, - bəyanatda deyilir. Qəzza zolağındakı Nasser və Əl-Şifa xəstəxana komplekslərinin ərazisində “qadın və uşaqlar da daxil olmaqla 390-dan çox cəsəd aşkar edilib ki, onların bir çoxunda işgəncə əlamətlərinin olduğu bildirilir”. “İsrail hərbi əməliyyatları dayandırmalıdır və digər dövlətlər onu silahla təchiz etməyi dərhal dayandırmalıdırlar, çünki onlar bu silahların qadın və uşaqları öldürmək və şikəst etmək üçün istifadə edildiyinə daha göz yuma bilməzlər”, - sənədin müəllifləri vurğulayırlar.

Onlar qeyd ediblər ki, döyüş bölgələrində qadın və qızlar daha çox risk altındadır. Ekspertlərin verdiyi məlumata görə, 2024-cü il aprelin 29-na olan məlumata görə, döyüşlər zamanı Qəzza zolağında 14,5 min uşaq və 9,5 min qadın həlak olub. 77,6 mindən çox yaralının dörddə üçü qadınlardır. Ötən il oktyabrın 7-dən indiyədək anklavda hər gün orta hesabla 63 qadın dünyasını dəyişib. Təxminən 17.000 fələstinli uşaq yetim qalıb. Açıqlamada deyilir ki, xəstəxanaların bombalanması və İsrail snayperlərinin tibb müəssisələrinə girişi təmin etməkdən imtina etməsi çarpayı və tibbi resursların çatışmazlığı ilə birlikdə təxminən 50 min hamilə fələstinli qadını və 20 min yeni doğulmuş uşağı risk altında qoyub. İnkubatorları işlətmək üçün elektrik olmadığı üçün yüzlərlə körpə ölüb. Sərt şərtlər düşmələrin demək olar ki, 300% artmasına səbəb olub.

Sənədi BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanese də daxil olmaqla yeddi ekspert imzalayıb.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
Mənbələr
Şərh ()
Bağla