AZ

Romadakı turnirin püşkü atıldı

Mayın 7-dən 19-dək Romada tennis üzrə İtaliyanın açıq çempionatı keçiriləcək. “Masters” seriyasından olan turnirin bu gün püşkü atılıb. Püşkatmaya əsasən, 1-dən 32-yə qədər reytinqi olan tennisçilər ilk mərhələdə istirahət edirlər.

Kişilər arasında ilk nömrə 24 qat “Böyük Dəbilqə” çempionu və dünyanın bir nömrəsi Novak Cokoviçə məxsusdur. Altı dəfə Romada da çempion olan serb tennisçini titula qədər belə bir yol gözləyir: ikinci raund – Roman Safiullin və ya seçmə mərhələdən gələn idmançı, üçüncü – Alejandro Tabilo (29), 1/4 final – Kasper Ruud (5), yarımfinal – Aleksandr Zverev (3), final – Daniil Medvedev (2).

Reutinqə görə turnirin iki nömrəsi Daniil Medvedevdir. O, bir il əvvəl turnirin finalında Holger Rune üzərində qələbə qazanmışdı – 7:5, 7:5. Daniilin bu cür yüksək nömrə almasının səbəbi Yannik Sinnerlə Karlos Alkarasın zədəsi səbəbilə iştirak etməməsidir. Rusiyalı tennisçinin finala qədər yolu belə ola bilər: ikinci raund – Cek Draper/Borna Koriç, üçüncü – Alexandro Davidoviç-Fokina (30), dördüncü – Tommi Pol (14)/Fransis Tiafoe (22), 1/4 final – Hubert Hurkaç (7)/ Holger Rune (10), yarımfinal – Andrey Rublyov (4)/Stefanos Tsitsipas (6), final – Novak Cokoviç (1).

Romadakı turnirin 10 qat çempionu Rafael Nadalın hansı rəqiblərlə üzləşəcəyi ən çox maraq doğuran suallardan olub. İspan tennisçi ilk raundda seçmə mərhələdən gələn idmançı ilə mübarizə aparacaq və qalib gələcəyi təqdirdə ikinci raundda Hurkaçla qarşılaşacaq. Üçüncü raundda Rafaelin rəqibi Tomas Martin Etçeverri (25), dördüncüdə Rune, 1/4 finalda isə Medvedev ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla