AZ

Pandemiyanın başa çatması "BioNTech" şirkətinə 315,1 milyon avro zərər verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“BioNTech” firması ilin birinci rübündə 315,1 milyon avro zərər açıqlayıb.

Banco.az xəbər verir ki, alman biotexnologiya şirkəti “BioNTech” Kovid-19 peyvəndinə tələbatın azalması səbəbindən birinci rübdə 315,1 milyon avro itirib.

Şirkətin yanvar-mart dövrü üzrə balans hesabatına görə, 2023-cü ilin birinci rübündə 502,2 milyon avro xalis mənfəət əldə edən “BioNTech” bu ilin eyni dövründə 315,1 milyon avro xalis zərər açıqlayıb.

Şirkətin ötən ilin birinci rübündə 14,24 avro olan səhm üzrə xalis mənfəəti də bu ilin eyni dövründə 2,05 avroya düşüb.

“BioNTech”in gəliri isə bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 85 faiz azalaraq 187,6 milyon avroya geriləyib. Şirkət 2023-cü ilin birinci rübündə 1 milyard 277 milyon avro gəlir əldə etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla