AZ

VƏTƏNDAŞLARIN DİQQƏTİNƏ: Məşhur körpü sökülür? - RƏSMİ

Bakının Xətai rayonunda yerləşən “Qaqarin körpüsü” adı ilə tanınan Cavanşir yolötürücüsü söküləcəyi ilə bağlı məlumatlar yayılıb.


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli Referans.az" target="_blank">Referans.az-a açıqlamasında məlumat verib.




“Körpü hazırda sökülmür, sökülməsi ilə bağlı bir qərar yoxdur. Sadəcə olaraq İngiltərə şirkəti tərəfindən ötən il həmin körpüdə sınaqlar keçirilib. Həmin sınaqların nəticəsinə uyğun olaraq körpünün sökülməsi tövsiyə olunub. Bununla da bağlı aidiyyatı qurumlar tərəfindən məsələ qaldırılıb və verilən qərardan asılı olaraq həmin körpünün sökülüb-sökülməyəcəyi müəyyənləşəcək”.


Qurumdan bildirib ki, Cavanşir körpüsü tikildiyi dövrün tələblərinə uyğun olaraq inşa olunub və hazırkı tələblərə cavab vermir.


“Bu körpü 1962-ci ildə inşa olunub. Orada dəniz limanı var idi. Dəmir yolu vasitəsilə oraya yüklərin daşınmasını asanlaşdırmaq məqsədilə həmin dövrdə körpü tikilib istifadəyə verilib. Bildiyiniz kimi, dəniz limanı artıq orada yoxdur, Ələtə köçürülüb, eyni zamanda dəmiryol şəbəkəsi də ərazidə yoxdur. Buna görə də körpü öz əhəmiyyətini itirib. Buna görə də xarici şirkətin verdiyi rəyə əsasən də təhlükəsizlik baxımından körpünün sökülməsi məqsədəuyğundura”.


Anar Nəcəfli son olaraq qeyd edib ki, problemin həlli istiqamətində həlledici addım aiddiyyatı qurumların son qərarıdır.

 

Fidan Vəlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla