Hollandiya NATO-nun “Rusiyanın qarşısının alınması” proqramı çərçivəsində Litvada hərbi mövcudluğunu genişləndirmək qərarına gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqren bildirib.
Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: "Hollandiya Rusiyanı çəkindirmək üçün 2026-cı ilin sonuna qədər Litvaya hərbi personal göndərməyə davam edəcək".
Sənəddə NATO-nun Şərqi Avropada mövcudluğunu gücləndirmək missiyasında iştirak edən holland əsgərlərinin sayının maksimum səviyyədə qaldığı bildirilib.