AZ

Xorvatiyalı Berlindən də qovulub

“Union Berlin” Nenad Byelitsanı istefaya göndərib.

İdman.biz xəbər verir ki, xorvatiyalı mütəxəssis uğursuz nəticələrdən sonra qovulub.

Berlin klubu son 6 oyunda cəmi 2 xal toplayıb. 30 xalla 15-ci pillədə qərarlaşan “Union Berlin”i düşmə zonasından 1 xal ayırır. Son 2 turda komandaya Marko Qrote rəhbərlik edəcək.

Qeyd edək ki, Byelitsa “Union Berlin”ə ötən ilin noyabrından başçılıq edib. O, mövsümə "Trabzonspor"un baş məşqçisi kimi başlasa da, qısa müddətdən sonra komandadan uzaqlaşdırılıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla