Belçika İsrailə qarşı sanksiyaları artırmağı planlaşdırır.
Demokrat.az xəbər verir ki, bu barədə Belçikanın baş nazirinin müavini Petra De Sutter “X” platformasından açıqlama verib.
O bildirib ki, fələstinlilərin Rəfah bölgəsindən çıxarılmasına çağırış etmək qırğınlara səbəb olacaq:
“Bu qırğınların qarşısını almaq üçün İsrailə qarşı yeni sanksiyalar üzərində çalışırıq. Hazırki sanksiyaların artırılmasına ehtiyac olduğu aydındır”.
Qeyd edək ki, De Sutter bu yaxınlarda Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşəcək.
Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.