AZ

“Məşqçilər bizə öz planlarını təqdim etməlidi” “Beşiktaş” prezidenti Almaniyaya niyə getmişdi?

Həftəiçi Almaniyada səfərdə olan, orda “Bavariya” ilə Dortmund “Borussiya”sının Çempionlar Liqasındakı oyunlarını izləyən, “Bavariya” prezidenti Herbert Haynerlə görüşən “Beşiktaş” başqanı Hasan Arat həm səfərinin təfərrüatları, həm də başqa məqamlar haqda danışıb.

“Football-plus.az” xəbər verir ki, belə güman olunur ki, Arat Dortmundda Nuri Şahinlə də görüşüb. Hazırda “Borussiya”nın məşqçilər korpusunda yer alan Şahin “Qartal”ın başına keçməyə namizədlərdən biridi. Aratı dinləyək:
“Almaniyada UEFA, klublar, oyunçular və məşqçilər ilə görüşlər keçirdim. “Beşiktaş” üçün faydalı səyahət oldu. Bir tərəfdən işlərimizi görürük, digər tərəfdən də kuboka köklənmişik. Ümid edirəm ki, kuboku qazanacağıq. Almaniyada keçirdiyim görüşlərlə bağlı idarə heyətinə məlumat verəcəm. Bu ay işimiz çox olacaq. Nur Şahin? Hədəfimizdə olan bütün şəxslərlə görüşdük. Həm yerli, həm də əcnəbi məşqçilər gündəmimizdədi. Türkiyə kubokunun finalından sonra yerli məşqçilərlə görüşməyə başlayacağıq. Hər kəslə görüşüb bizə öz layihələrini təqdim etmələrini istəyəcəyik. “Beşiktaş”da dəyişiklik zamanıdı. Məşqçilər bizə öz planlarını təqdim etməlidi. “Beşiktaş” həssas dönəmdən keçir. Fanatlar rəhbərliyə güvənməlidi. İşlər fevraldakı kimi qarışıq deyil. Həmin vaxt bəzi məqşçilər təklifimizi geri çevirmişdilər. Amma indi danışıqlara doğru zamanda başladığımızı düşünürəm. Türkiyə Futbol Federasiyasında seçkilərin vaxtının dəyişdirilməsi üçün imza toplanırsa, buna ciddi və hörmətlə yanaşmaq lazımdı. Demokratiyadan bəhs ediriksə, bu imzalar diqqətə alınmalıdı. Düzdü, bu çəkişmənin heç kimə faydası olmayacaq. İnşallah, mümkün qədər çox namizəd ortaya çıxar və hər kəs müstəqil seçimini edər. Hakimlər Komitəsində və hakimlik mövzusunda sıxıntı var. Bu problem yoluna qoyulmalıdı. UEFA ilə münasibətlər yaxşılaşdırılmalıdı. Türkiyədə fanatları tribunalara çəkə biləcək addımlar atılmalıdı. Təbii ki, gündəmimizdə olan məşqçilərin bu mövzuda da planlarını öyrənəcəyik. Bunların hamısını görəndən sonra qərar verəcəyik. “Bavariya” prezidenti Herbert Haynerlə görüşərək bəzi önəmli məsələlər barədə söhbət etdim. “Borussiya”nın stadionunda “sarı divar” həmişəki kimi möhtəşəm idi. “Bavariya” və “Borussiya”nın oyunlarında azarkeşlərin oyuna təsir gücünü izlədim. Yeri gəlmişkən, bizim stadionda da üstüaçıq tribunada geniş tərəfə daha çox azarkeş qəbul etmək və ordakı coşqunu artırmaq istəyirəm. Bu, zatən mənim seçki kampaniyamın bir hissəsi idi. Bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət ünvanlamışıq. Onlardan cavab gözləyirik. UEFA stadionda belə şeyə icazə verir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla