AZ

“Qarabağ”lı futbolçuların basketbol məharətindən xəbəriniz var? - VİDEO

Futbol meydanlarında əldə etdiyi nəticələrlə azarkeşlərin alqışını qazanan “Qarabağ”ın oyunçuları bu dəfə fərqli idman növündə görüntüləniblər.

“Köhlən atlar”ın üzvləri basketbolda nəyə qadir olduqlarını göstəriblər.

Fitnes zalındakı məşq zamanı fürsət qazanan futbolçularalətin üst hissəsini hədəf seçərək topu ora tuşlamağa çalışıblar.

Juninyo, Toral Bayramov, Marko Veşoviç, Redon Cica və Aleksey İsayevin iştirak etdiyi “basketbol oyunu”nda maraqlı görüntülər qeydə alınıb.

Xüsusən Marko Veşoviçin atdığı topun top anda hədəfdən yayınması təəccüblə qarşılanıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
49
Mənbələr
Şərh ()
Bağla