AZ

Bu, mədəni birliyin ən mühim amilidir-Mübariz Göyüşlü- ÖZƏL

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin mütəxəssisləri tərəfindən "Ortaq türk əlifbası"nın layihəsi hazırlanıb. "Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış "Türk dünyasının coğrafiyası" və "Ortaq türk ədəbiyyatı" tədris vəsaitlərinin layihələri üzrə işlər davam etdirilir. Hazırda Akademiyada fənn üzrə mütəxəssislərin dərslik layihələrinə dair rəy və təkliflərinə baxılır. 

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü Olaylar.az-a deyib ki, Türk Dövlətləri Təşkilatının götürdüyü bir xətt var. Türk dünyasının birliyi və bu istiqamətdə müxtəlif sahələr üzrə çalışmalar həyata keçirilir:

"Bu sahələrdən ən önəmlilərindən biri də mədəniyyət sahəsi, elm, təhsildir. Bu istiqamətdə də çalışma aparılır. Ortaq Türk tarixi kitabı hazırlanıb və bir neçə məktəbdə tədris olunur. Ondan sonra ortaq Türk coğrafiyasının, ədəbiyyatının kitab kimi hazırlanması bu prosesin davamıdır və çox müsbətdir. Çünki biz uşaqlarımızi, gənclərimizi ortaq Türk Dünyası şüuru ilə böyütməliyik. Bu şüuru da dərsliklər, kitablar aşılamalıdır. O ki qaldı ortaq Türk əlifbasına, bu, mədəni birliyin ən mühim amilidir. Təsəvvür edin ki, bizim ortaq əlifbamız olarsa, bir kitab hazırlayarkən onu tək Azərbaycan coğrafiyasına deyil, bütün Türk Dünyası coğrafiyasına təqdim etmək imkanımız olar. Beləliklə biz, mədəni birlik sahəsində böyük yol qət etmiş olarıq. Bu mənada təqdir edirəm, müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu işlər gələcəkdə daha ciddi nəticələr doğuracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla