AZ

Bunu bir azərbaycanlı, bir türk balası kimi böyük həsrətlə gözləyirəm-Cahangir Məmmədli- ÖZƏL

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin mütəxəssisləri tərəfindən "Ortaq türk əlifbası"nın layihəsi hazırlanıb. "Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış "Türk dünyasının coğrafiyası" və "Ortaq türk ədəbiyyatı" tədris vəsaitlərinin layihələri üzrə işlər davam etdirilir. Hazırda Akademiyada fənn üzrə mütəxəssislərin dərslik layihələrinə dair rəy və təkliflərinə baxılır. 

BDU Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli Olaylar.az-a açıqlamasında bildirir:

"Türk Dövlətləri Birliyi (TDB) hər hansı bir qərara gəlsə və onu həyata keçirmək istəsə, mən onun tərəfdarıyam. Çünki Türk dövlətləri Birliyi ancaq Türk Dövlətlərinə, bütövlükdə dünya sülhünə, hər məsələdə yaxşılığa xidmət edən bir təşkilatdır. Ona görə onların ortaq əlifba, dil söhbəti mənim üçün çox maraqlıdır. Bu məsələ çoxdan qoyulub. Türk xalqları ilə bağlı dil birliyi məsələsi qoyulmuşdu. Belə bir problem yaranmışdı ki, hansı Türk dövlətin dilini əsas götürmək lazımdır? Bəziləri elə bildilər ki, hansısa dövlətin dilini əsas götürmək digərlərinin xətrinə dəyə bilər. Bizdə bu gün dil çox yüksək səviyyədə inkişaf etmiş Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan var. Ən çox inkişaf etmiş dillərdən biri Türkiyə türkcəsidir. Əlifba məsələsi ətrafında da mübahisə yarana bilər. Amma prinsipcə bu gün Türk dövlətlərinin demək olar ki əksəriyyəti latın qrafikalı əlifbaya keçiblər və keçməkdədirlər. Ona görə də bu əlifbanı təkminləşdirilib bütün Türk dövlətləri üçün eyni qrafik materialla ortaya qoymaq çox böyük bir işdir. Bunu bir azərbaycanlı, bir türk balası kimi böyük həsrətlə gözləyirəm. Ona görə də mənim üçün çox maraqlı fikirdir. Bu fikri irəli sürənlərə təşəkkür edirəm!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla