AZ

Fon der Leyen Çindən könüllü olaraq ixracı azaltmağı tələb edib

Fon der Leyen Çindən könüllü olaraq ixracı azaltmağı tələb edib

Brüssel Çindən könüllü olaraq ixracı azaltmasını və ya sərt iqtisadi tədbirlər görəcəyini gözləyir.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Çin prezidenti Si Cinpin və Fransa prezidenti Emmanuel Makron ilə üçtərəfli görüşdən sonra açıqlama verib. O, təəssüflə qeyd edib ki, Çinin subsidiyalaşdırılan elektrik avtomobilləri və polad məhsulları Avropa İttifaqı (AB) bazarını doldurub: "Dünya artıq Çin məhsullarını qəbul edə bilməz. Mən buna görə də Çin hökumətini həddindən artıq istehsala cavab verməyə çağırdım". Fon der Leyen Aİ bazarlarına çıxışın bərabər olması lazım olduğunu, lakin AK-nin müdafiə alətlərindən tam istifadə etməyə hazır olduğunu açıqlayıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla