AZ

Özbəkistanda robot -polislər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO

Özbəkistanın paytaxtı Daşkənddə ictimai asayişə nəzarət edən robot polislər test rejimində fəaliyyətə başlayıb.

Azpost.info özbək mediasına istinadən bildirir ki, şahidlər paytaxt küçələrində kamera və sayrışan işıqlarla təchiz edilmiş dörd təkərli robotu müşahidə ediblər. Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyindən Podrobno.uz-un müxbirinə bildiriblər ki, robot profilaktika üzrə müfəttiş köməkçisi funksiyalarını yerinə yetirir.

O, şəhərlərdə və kənd yerlərində qayda pozuntularının qarşısının alınması üçün nəzərdə tutulub. Dörd təkərli köməkçi GPS sistemi, qeyd funksiyasına malik yüksək ayırdetmə qabiliyyəti olan 180 və 360 dərəcə kameralarla təchiz edilib. Mayak pozuntular barədə xəbərdarlıq etmək üçün hazırlanıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla