AZ

Şirkət artıq Rusiya ilə əlaqəli deyil

ABŞ-ın Maliyyə Nazirliyi Sberbank (İsveçrə) AG-ni İsveçrənin m3 Groupe Holding investisiya qrupuna satdıqdan sonra ona qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər Amerika departamentinin saytında yer alıb.

Aktivlərin satışından sonra Sberbank Switzerland AG TradeXBank AG adlandırılıb.

Tənzimləyicilər və digər dövlət orqanları şirkətə ölkədə maliyyə fəaliyyətini həyata keçirmək üçün icazə verib.

Eyni zamanda, Sberbank Switzerland TradeXBank AG brendi altında fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Qərb ölkələri tərəfindən Rusiya banklarına, o cümlədən Sberbank, VTB, Tinkoff və digərlərinə qarşı sanksiyalar tətbiq edilib.

Bundan sonra kredit təşkilatlarının SWIFT beynəlxalq ödəniş sistemindən əlaqəsi kəsilib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla