AZ

Nüvə texnologiyasını başqa ölkələrə verməyə hazırıq – İslami

İran öz dinc nüvə texnologiyasını başqa ölkələrə ötürməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

Onun sözlərinə görə, İsfahan konfransı bu məqsədə çatmaq üçün vasitələrdən biridir.

“Məqsəd texnoloji və elmi səviyyəmizi nümayiş etdirməkdir”, - İslami bildirib.

İslami vurğulayıb ki, İran 2041-ci ilə qədər elektrik enerjisini 20 min meqavata çatdırmağı planlaşdırır. Bu layihələr ölkənin şimalında və cənubunda həyata keçirilir:

“Mən İrana xarici sərmayə qoymağa hazır olan ölkələri bu proqramlarda iştiraka dəvət edirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla