AZ

Kaxaber Tsxadadze: Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik

Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik

"Report"un məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XXXIII turunun “Səbail” – “Qəbələ” (2:3) oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis görüşün maraqlı məcrada keçdiyini bildirib: "Bol qollu matç alındı, meydanda gərgin mübarizə getdi. Bu, inkişaf üçün çox vacibdir. Gənc oyunçular sonadək yüksək səviyyədə mübarizə apardılar. Onlara görə şadam, təbrik edirəm. İki debütant da meydana çıxdı. Gənc futbolçularımız üçün sevinirəm. Onlar məşqlərdə xüsusi əzmlə çalışırlar və daha yaxşı oynaya bilərlər. Ümid edirəm ki, son matçlarda da özümüzü yaxşı tərəfdən göstərəcəyik. Əvvəlki qarşılaşmalarda da çox qol epizodları yaradırdıq. Amma bundan yararlanmaq üçün soyuqqanlılıq və ustalıq lazımdır ki, bunu bir az artırmışıq. Rəqib qapıçılar "Qəbələ" ilə görüşlərdə üç və daha çox artıq “seyv” edirdilər, amma biz uduzurduq. “Neftçi” ilə oyunu misal çəkə bilərəm. Həmin görüşdə biz beş, rəqib isə bir dəfə çərçivəyə zərbə endirdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla