AZ

Günəş altında olan şüşə vaza mənzildə yanğına SƏBƏB OLDU – FOTO

Kalininqrad vilayətində şüşə vaza günəşli havada bir mənzili yandırıb. Vaza linza kimi “işləyib”.

İnterpress.az xəbər verir ki, bu, regional Fövqəladə Hallar Nazirliyinin versiyasıdır. Fövqəladə hadisə Pionersky şəhər rayonunda dördüncü mərtəbədəki mənzildə baş verib.

İlkin versiyaya görə, şüşə vaza günəş işığını fokuslayaraq pəncərənin plastik çərçivəsinə yönəldib, nəticədə plastikin alışması və yanğın bütün pəncərəyə yayılmasına səbəb olub.

Pəncərənin üstündə şüşə vaza parlaq günəşdə alIşması nəticəsində mənzildə yanğın baş verib.

Xuraman Etibarlı

İnterpress.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla