AZ

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinal mərhələsində keçirəcəkləri cavab qarşılaşmasından - Dortmund "Borussiya"sı ilə oyundan danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Get French Football News" belə çatdırıb:

"Komanda çox rahatdır. Biz əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik. Məncə, hər şey yaxşı alınacaq. Oyuna yaxşı əhvalda gələcəm. Hədəfim komandama kömək etmək və finalda oynamaqdır".

Qeyd edək ki, tərəflərin Almaniyadakı görüşündə "Borussiya" 1:0 hesablı qələbə qazanıb. "Park de Prens"də sabah baş tutacaq ikinci oyun Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla