AZ

Ukraynada yüksək vəzifəli şəxs həbs edilib

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Dövlət Təhlükəsizlik İdarəsinin (DTX) departamentlərindən birinin rəisi, polkovnik Andrey Quku məxfi məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürdüyünə görə saxlayıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə məlumatı  yerli “Strana.ua” qəzeti yayıb.

 

Departamentin məlumatına görə, həmin şəxs müdafiə olunan şəxslər (o cümlədən Ukrayna prezidenti) haqqında şəxsi məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürdüyünə görə vətənə xəyanətdə ittiham olunur.

 

Bundan əlavə, məlumatların ötürülməsində iştirakda şübhəli bilinən Quk ilə birlikdə UGO-nun daha bir əməkdaşı saxlanılıb.

Aprel ayında SBU Vladimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsin Polşada saxlandığını elan edib.

Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, o, guya “Rusiya agenti” olub və humanitar və hərbi yardımların göndərilməsi üçün istifadə olunan Polşanın Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi haqqında məlumat toplamalı idi.

Varşava məhkəməsi bir nəfəri həbs edib və onu 8 ilə qədər həbs cəzası gözləyir. 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
Mənbələr
Şərh ()
Bağla