AZ

Kərimovun mitinq hay-küyünün gizlinləri

Yaxud dava din davası yox, un davası, yal davasıdır...

Çağdaş tarix, sosiologiya və iqtisadiyyat elminin öncüllərindən biri olaraq qəbul edilən orta əsrlərin ən böyük mütəfəkkirlərindən olan İbn Xəldun “Kitabul-İber” əsərində yazırdı ki, təkəbbür insanın vəhşi təbiətindən doğur. Siyasətdə təkəbbür edənlər isə vəhşilər kimi bir-birlərinə müsallat olurlar. AXCP sədri Əli Kərimlinin son zamanlar sosial şəbəkələrdəki çıxışlarına diqqət yetirərkən böyük mütəfəkkirin nə qədər haqlı olduğuna hər ötən gün bir daha şahid oluruq.

Bir neçə müddətdir ki, Ə. Kərimli ləbbeyk deyərək mitinq üçün yaxasını yırtır.  İddiaları ilə imkanları arasında yerlə göy qədər fərq olan bu klaviatura qəhrəmanı  bir tərəfdən özünün muzdlu mirzəsi olan Qənimət Zahidin “Azərbaycan saatı” internet tv-sində mitinqdən yekə-yekə dəm vurur,  digər tərəfdən isə şikayət edir ki, insanlar “Milli Şura”nın mitinq çağırışlarına məhəl qoymur. Əslində heç bir sosial bazası olmayan AXCP sədrinin mitinq çağırışlarının arxasında tamamilə başqa məqsədlər dayanır. Məsələ ondadır ki, anti-Azərbaycan qüvvələrdən, eləcə də geosiyasi qarşıdurmaların  gücləndiyi regionumuzda maraqları olan bəzi dairələrdən tapşırıqlar alan Ə.Kərimli cəmiyyəti öz çirkin niyyətlərinə alət etmək istəyir.

Xaricdəki qrant fondlarının çirkli maliyyəsi ilə fəaliyyət göstərən internet tv-lərdə meydan sulayan “baş cəbhəçi” özü də yaxşı bilir ki, mitinq meydanına üst-üstə yüz nəfər də toplaya bilməyəcək. Bu səbəbdən də şəxsi ambisiyalrını, firqə maraqlarını milli maraqlardan üstün tutan, sağlam siyasi rəqabətdən yayınaraq siyasi oyunbazlıqlarla məşğul olan Ə.Kərimli öz ətrafındakıların dili ilə cəmiyyətə sitəm edərək “Niyə mitinqlərə gəlmirsiniz?”,- deyə çığırıb-bağırır, fəryad edir. İş o yerə çatıb ki, AXCP sədri öz müavinləri Fuad Qəhrəmanlının, Ayaz Məhərrəmlinin, AXCP Ali Məslisinin sədri Nurəddin Məmmədlinin, eləcə də partiyanın funksionerlərindən olan İlham Hüseynin, Aqil Əli Məhərrəmlinin dili ilə hətta cəmiyyəti təhqir etdirməkdən belə çəkinmir. Mayası xəyanətlə, satqınlıqla yoğrulmuş bu siyasətbazın əlaltıları, trolları da sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, cəmiyyətə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, hansı yuvanın quşu olduqlarını açıq-aşkar ortaya qoyurlar.  Məsələn, Ə.Kərimlinin sağ əli olan F. Qəhrəmanlı  sosial şəbəkələrdəki  statuslarında radikal müxalifətin antimilli fəaliyyətini nifrətlə qarşılayan, bu marginalların mitinq çağırışlarına “yox” deyən cəmiyyətimizi nəinki ən ağır sözlərlə ittiham edir, hətta təhqir edir, insanları ictimai və siyasi cəhətdən şüursuz adlandırır. Bu ünsür hətta bir az da irəli gedərək xalqımızı “bayağı”, “səviyyəsiz”, zövqsüz” adlandıraraq deyir ki, ictimaiyyətin  “siyasi qulağı yoxdur”. Bir də şikayət edir ki, insanlar onları dinləmir. Bu zat digər bir sosial şəbəkə statusunda bir yandan “5 may mitinqinin beynəlxalq təzyiqlə nə əlaqəsi var”, - deyə sual edir, digər yandan isə “bizim sərbəst toplaşmaq azadlığını tələb etməyimiz dünyanın diqqətini Azərbaycana daha çox cəlb edə və bu istiqamətdə təzyiqlərin güclənməsinə daha tez yol aça bilər”yazır.

Göründüyü kimi, indi hər şey necə aydınlığa qovuşur,  bir şey necə duman kimi dağılırsa radikalların əsassız iddiaları faş olur, “Milli Şura”nın mitinq tələblərinin gizlinləri də aşkara çıxır. Təxminən 30 illik antimilli fəaliyyətləri ilə özlərini ifşa edən dağıdıcı müxalifətin mitinq tələblərinin nədən, haradan, hansı dairələrdən qaynaqlandığı da hər kəsə bir daha bəlli olur. Bir daha göründü ki, Ə.Kərimli başda olmaqla radikal müxalifətin mitinq şivəninin, hay-küyünün təməlində nələr dayanır. “Siyasi məhbus” alverçisi olan Ə.Kərimli və dəstəsinin sosial şəbəkə seqmentlərində  “sərbəst toplaşmaq azadlığı”, “demokratiya”, “insan haqları” və.s barədə uzun-uzadı çıxışlarının siyasi manipulyasiya və oyunbazlıqdan başqa bir şey olmadığı bir daha gün üzünə çıxırm. Bu xəyanətkar zümrənin əsas məqsədi Azərbaycanda xaos, anarxiya yaradaraq at oynatmaq istəyən qüvvələrdən daha çox qrant almaqdır. Yəni, dava din davası yox, un davası, yal davasıdır...

Zahid Rza, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla