AZ

HƏMAS-ın razılaşdığı atəşkəsin TƏFƏRRÜATI

Fələstinin HƏMAS radikal hərəkatının razılaşdığı Qəzza zolağında atəşkəs təklifi İsrail qüvvələrinin anklavdan çıxarılmasını və blokadanın tamamilə aradan qaldırılmasını nəzərdə tutur.

KONKRET.az xəbər verir ki, HƏMAS-ın Qəzzadakı rəhbərinin müavini Xəlil əl-Həyya bu barədə Əl-Cəzirə telekanalına bildirib.

Onun sözlərinə görə, Qətər və Misir vasitəçilərinin irəli sürdüyü təklif hər biri 42 gün davam edəcək nizamlanmanın üç mərhələsini əhatə edir. Birinci mərhələdə İsrail ordusu bölmələrinin Qəzza zolağının sərhədinə bitişik ərazilərə çəkiləcəyi nəzərdə tutulur. İsrail qüvvələrinin Fələstin anklavından tam çıxarılması nizamlanmanın ikinci mərhələsində həyata keçirilməlidir.

Hərəkat nümayəndəsi onu da bildirib ki, vasitəçilərin təklif etdiyi nizamlanma şərtləri münaqişə tərəflərindən mümkün razılaşmanın ilk günündən hərbi əməliyyatları dayandırmağı tələb edir. Üstəlik, təklif heç bir şəkildə məcburi köçkünlərin geri qayıtması imkanlarını məhdudlaşdırmır.

“Bu, təklifin mətnində açıq şəkildə qeyd olunub”, – deyə Xəlil əl-Həyya vurğulayıb.

O, Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi məsələsinə toxunmayıb.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla