AZ

NBC News: Rusiyada ABŞ ordusunun əsgəri saxlanılıb

Həftə sonu Rusiyada ABŞ hərbçisi saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NBC News üç yüksək rütbəli amerikalı məmura istinadən bildirib.

Kanalın həmsöhbətlərinin dediyinə görə, amerikalı Rusiyaya Cənubi Koreyadan şəxsi işləri ilə gəlib.

Hazırda o, oğurluqda şübhəli bilinir.

CNN iki mənbəyə istinadən xəbər verir ki, hərbçi Baş serjantdır.

O, müvəqqəti saxlama təcridxanasındadır. Rusiya hadisə ilə bağlı Amerika tərəfini xəbərdar edib.

Telekanal qeyd edir ki, ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşı ilə konsulluq əlaqəsi axtarır. ABŞ ordusunun nümayəndəsi CNN ilə söhbətində hərbçinin saxlandığını təsdiqləyib və bunun Vladivostokda baş verdiyinə aydınlıq gətirib.

Xatırladaq ki, Rusiyada bir neçə amerikalı, o cümlədən ABŞ Dövlət Departamentinin qanunsuz həbs olunduğunu elan etdiyi iki nəfər saxlanılır: “Wall Street Journal”-ın jurnalisti Evan Qerşkoviç və keçmiş dəniz piyadası Pol Uilan...

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla