AZ

Qocalmanı necə ləngidək?

“Rosiya 1” telekanalında “Ən vacibi haqqında” verilişində kosmetoloq Natalya Nikolayeva qocalmanı ləngidən, daha yaxşı görünməyə və hiss etməyə kömək edən təbii dəri bakteriyalarını necə qoruyub saxlamağı izah edib.

Dəri - tərdən, buynuz hüceyrələrinin qalıqlarından və sebumdan ibarət su-lipid mantiyası adlanan nazik bir qabıqla örtülmüşdür. Bu qabıq dərinin gəncliyini qorumağa kömək edən faydalı bakteriyalar üçün ideal yaşayış yeridir. Bununla belə, yuyulma və digər amillər su-lipid mantiyasını məhv edə bilər, bu da qırışların, quruluğun və digər yaşlanma əlamətlərinin yaranmasına səbəb olur.

Dərinin qoruyucu təbəqəsini bərpa etmək və sağlam mikrofloranı saxlamaq üçün neytral turşuluq (pH) səviyyəsinə malik təmizləyicilərdən, həmçinin aşağı pH-a malik tonik və spreylərdən istifadə etmək lazımdır. Həmçinin su-lipid mantiyamızın ən məşhur analoqu “Koldkrem” adlandırılan soyuq kremlərdir. Bu krem zədələnmiş dəri səthlərini tez və effektiv şəkildə sağaldır.

Nubar Süleymanova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla