AZ

Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketində hansı qadağalar olacaq?

Avropa İttifaqı bir neçə istiqamət üzrə Rusiyaya qarşı 14-cü sanksiyalar paketini hazırlayır. Bununla belə, bu paket hələ də Aİ Şurasında təsdiq rejimindədir və əhəmiyyətli dəyişikliklərə məruz qala bilər.

Məlumata görə, Avropa İttifaqı 14-cü sanksiyalar paketində SWIFT-i əvəz edən SPFS sistemindən istifadə etməyi qadağan etmək niyyətindədir. Bu sistem artıq Ermənistan, Belarus, Qazaxıstan və Tacikistan da daxil olmaqla 20 ölkədə fəaliyyət göstərir və Aİ-nin sanksiyalarına baxmayaraq, Rusiyaya bank əməliyyatlarını fasiləsiz həyata keçirməyə imkan verir.

Həmçinin, Avropa İttifaqı dörd Rusiya media şirkətinin Aİ-də yayımını qadağan etmək niyyətindədir.

Bununla yanaşı, Aİ Rusiyadan helium, manqan filizi və nadir torpaq elementlərinin idxalına qadağa tətbiq etməyi düşünür.

Habelə, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən olan onlarla şirkətin, eləcə də fiziki şəxslərin “qara siyahıya” salınması gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla