AZ

Səhər bu qidanı yeməyin, yoxsa...

Səhər yeməyində karbohidratlar yemək qan şəkərinin səviyyəsinə və əhvalınıza mənfi təsir göstərir. 

Redaktor.az "lent.az"a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yeməyində karbohidratlar yemək qan şəkərinin səviyyəsinə, əhval-ruhiyyəyə və gün ərzində enerjiyə mənfi təsir göstərə bilər. 

Səhər yeməyində karbohidrat qəbul etmək nələrə səbəb olur?Artan glisemik reaksiya

Karbohidratları istehlak etdikdən sonra qanda qlükoza səviyyəsi əhəmiyyətli dərəcədə arta bilər, bu da endokrin sistemə və mədəaltı vəziyə mənfi təsir göstərir.

İnsulin həssaslığının azalması

Karbohidrat yemək qan şəkərinin səviyyəsinin yüksəlməsinə və insulinin ifraz olunmasına səbəb olur. Səhər yeməyində davamlı olaraq karbohidrat istehlak etmək insulinə həssaslığı azalda bilər ki, bu da yağların yığılmasına səbəb ola bilər.

Leptinə qarşı həssaslığı azaldır

Karbohidratlı səhər yeməyi toxluq hormonu olan leptinə qarşı həssaslığı azaldır, bu da insanı həddindən artıq yeməyə meyilli edir.

Disbakterioz inkişaf edir

Karbohidratları acqarına yemək bağırsaq mikrobiotasının tarazlığını poza bilər, bu da balansın pozulmasına və şişkinlik və bağırsaq disfunksiyası kimi simptomların inkişafına səbəb olur.

Karbohidratlı səhər yeməyini necə əvəz etmək olar?

Dietoloqlar tərəvəz, meyvə və qoz-fındıq kimi zülal, vitamin və mikroelementlərlə zəngin qidalar qəbul etməyi məsləhət görürlər. Bu qidalar gününüzə başlamaq və uzun müddət tox saxlamaq üçün kifayət qədər enerji verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
1
Mənbələr
Şərh ()
Bağla