AZ

Pərviz Qasımov: "Azərbaycan komandası ilk dəfə olaraq Avropa ölkələri arasında birinci yerə çıxdı"

“Çox sevinirik ki, Azərbaycan komandası ilk dəfə olaraq Avropa ölkələri arasında 153 xalla birinci yerə çıxdı. Sonluğu mənim tamamlamağım Azərbaycana böyük qalibiyyət gətirdi”.

Bunu APA-ya açıqlamasında bodibildinq yarışında 1-ci yerə çıxaraq Avropa çempionu olan Pərviz Qasımov deyib. O qeyd edib ki, iki qızıl medal gətirmək, iki dəfə himnimizi səsləndirmək və bayrağımızın yüksəklərə qalxması qürurvericidir:

“Azərbaycana ancaq uğur yaraşır. Yaşasın Ali Baş Komandan. Hər zaman idmana və idmançılara dəstək olur. Həmçinin mədəniyyət sahəsində mənim beynəlxalq muğam müsabiqələrinin qalibi olmağımda Mehriban xanımın çox böyük dəstəyi var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
Mənbələr
Şərh ()
Bağla