AZ

İtaliyada sutəmizləyici qurğuda qəza zamanı 5 nəfər ölüb, xəsarət alan var

İtaliyanın Siciliya əyalətində çirkab sutəmizləyici qurğuda qəza baş verib.

“Report”un xarici mətbuata istinadən məlumatına görə, hadisə zamanı bir neçə işçi ölüb, xəsarət alan var.

Məlumata görə, hadisə Palermodan 20 kilometr aralıda yerləşən Kasteldaççe qəsəbəsindəki çirkab sutəmizləyici qurğuda qəza baş verib.

Qəza nəticəsində 5 işçi ölüb, daha 1 nəfər isə ağır yaralanıb. İtaliya mətbuatı hadisənin zəhərli qaz sızmasının baş verdiyini bildirib, qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

İşçilərin ölümləri həmkarlar ittifaqları arasında narazılığa səbəb olub. İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, hadisənin başvermə səbəbi tam aydınlaşdırılmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
268
50
Mənbələr
Şərh ()
Bağla