AZ

Fələstin rəsmisi: HƏMAS-ın təsdiqlədiyi atəşkəs təklifi 124 gün davam edəcək

Xəbər verdiyimiz kimi, Qətər və Misir tərəfindən təqdim edilən və HƏMAS tərəfindən təsdiqlənən atəşkəs təklifi ümumilikdə 124 gün davam edəcək və 3 mərhələdən ibarətdir. 

AZXEBER.COM xarixi mətbuata istinadən xəbər verir ki, adını açıqlamaq istəməyən Fələstin rəsmisi açıqlamasında HƏMAS-ın təsdiqlədiyi atəşkəs təklifi ilə bağlı məlumat verib.
 
O, Bildirib ki, təklifin 40, 42 və 42 gün olmaqla üç mərhələdən ibarətdir.
 
Birinci mərhələ \"iki tərəf arasında qarşılıqlı hücumların ilk gündən müvəqqəti dayandırılması və İsrail əsgərlərinin şərq bölgələrinə daşınmasıdır. O, həmçinin Qəzzaya və İsrail sərhədinə yaxın bir bölgəyə, sıx məskunlaşan bölgələrdən uzaq bir bölgəyə çəkiləcək deyə bildirib.
 
Birinci mərhələnin 7-ci günündə bütün İsrailli qadın əsirlərin azad edilməsindən sonra İsrail əsgərləri sahil boyu Ər-Rəşid küçəsindən və şərqdə ona paralel olan Səlahəddin küçəsindən geri çəkiləcək və bununla da humanitar yardımın şimala daxil olmasını asanlaşdıracaq.
 
Gülay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla