AZ

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

ABŞ

Bakı, 7 may, AZƏRTAC

ABŞ növbəti 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə rekord məbləğdə - 3,5 trilyon dollar sərmayə qoyacaq.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.

"Biz texnoloji rəqabət qabiliyyətimizə tarixi sərmayələr qoymuşuq. Dövlət kapitalı və özəl sərmayələr qarşıdakı onillikdə cəmi 3,5 trilyon dollar təşkil edəcək. Bu, yeni sövdələşmədən bəri iqtisadiyyatımıza ən böyük sərmayə olacaq", - deyə Blinken bildirib.

Qeyd edib ki, sərmayə Amerika biznesinin rəqabət aparmaq imkanını daha da inkişaf etdirəcək. Bu da ABŞ-a texnoloji gələcəyi formalaşdırmağa imkan verəcək.

Dövlət katibi ölkəsinin rəqəmsal suverenliyə deyil, rəqəmsal həmrəyliyə can atdığını vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
4
Mənbələr
Şərh ()
Bağla