AZ

Kirkorov Uspenskayanı "dilənçi" adlandırdı

Rusiyanın xalq artisti Filipp Kirkorov və köhnə dostu Lyubov Uspenskaya arasında mübahisə səngimək bilmir. SİA xəbər verir ki, Rus səhnəsinin kralı Lyubov Uspenskayanı dilənçi adlandırıb. "O, paltar və hədiyyələr üçün mənə yalvarırdı. Mən də ona hədiyyələr verdim. O, hər gördüyünü "Ah, balam, bunu mənə al" deyən bir dilənçidir" deyə Kirkorov müsahibəsində bildirib.

Xatırladaq ki, sənətçilər 30 ildən çox dost olublar. Son zamanlar ikili arasında narazılıq yaranıb. Buna səbəb keçən ilin payızında Uspenskayanın müsahibəsində Kirkorovun ünvanına dediyi sözlər olub. Müğənni Kirkorovun çox dəyişdiyini və bunun onu uçuruma paracağını açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla