AZ

Türkiyədən Almaniyaya sığınacaq tələbləri rekord həddə çatıb

Yazını böyüt
Yazını kiçilt

Türkiyədən Almaniyaya sığınacaq müraciətlərində rekord artım qeydə alınıb.

Hafta.az-ın “Bild”ə istinadən yazdığına görə, 2023-cü ildə 61 min türkiyəli şəxs Almaniyadan sığınacaq istədiyi üçün alman siyasətçilər hökuməti vəziyyətə müdaxilə etməyə çağırıblar.

“Bild” qəzetinə danışan alman siyasətçilər Türkiyənin NATO-dakı mühüm mövqeyinə baxmayaraq, Almaniyaya edilən sığınacaq müraciətlərinin rədd edilməli olduğunu bildiriblər. Vəziyyətə müdaxilə edilməli olduğunu bildirən alman polisi Türkiyədən sığınacaq tələblərinin beynəlxalq əlaqələr baxımından qiymətləndirilməsi lazım olduğunu vurğulayıb.

Almaniya Federal Miqrasiya İdarəsinin məlumatına görə, 2021-ci ildə Türkiyədən 7067 sığınacaq müraciəti 2022-ci ildə 23938-ə yüksəlib. 2023-cü ildə isə bu rəqəm 61181-ə çatıb. 2024-cü ilin ilk aylarında bu rəqəmin 15 min civarında olacağı bildirilib. Ölkəyə sığınacaq istəyənlərin əksəriyyətinin kişilər olduğu açıqlanıb və hər 12 nəfərdən birinin müraciəti qəbul edilib.

Almaniya hökumət mənbələri 14275 Türkiyə vətəndaşının ölkəni tərk etməli olduğunu bildirib. 2024-cü ilin birinci rübündə 2776 Türkiyə vətəndaşından 449-u Türkiyəyə geri göndərilib.

Almaniya Federal Polis Birliyinin rəhbəri Heyko Teggatz, "Rəqəmlər qorxulu deyil. Türkiyə təhlükəsiz ölkə hesab edilməlidir" deyib. Bundan əlavə, CSU siyasətçisi Andrea Lindholz ikili vətəndaşlığın bu cür inkişaflara səbəb olduğunu qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla