AZ

İranda sosial media fəallarına cinayət işi açıldı

Vətəninfo.az xəbər verir ki, İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, mayın 5-də ölkənin bir sıra şəhərlərində 10 sosial media hesabı FƏTA (Kiberməkana Nəzarət) Polisi tərəfindən bağlanıb.

FƏTA Polis İdarəsinin komandiri Vəhid Məcid bununla bağlı bildirib ki, 10 sosial media fəalının hesablarının bağlanması ilə yanaşı, onlara qarşı məhkəmədə cinayət işi də açılıb.

Sözügedən təşkilatın məlumatına görə, onların media hesablarında etik olmayan paylaşımlar etdikləri iddia olunub. Ancaq bloklanan səhifələrin hökuməti tənqid etdiyi də vurğulanıb.
Qeyd olunub ki, hələlik sosial media hesablarının adminlərinin kimliyi bəlli deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla