AZ

Qənd və şəkər tozu bahalaşacaq - Açıqlama

Xəbər verdiyimiz kimi, Rusiya hökuməti ölkədən qamış və ya çuğundur şəkərinin, kimyəvi cəhətdən təmiz saxarozanın ixracına müvəqqəti qadağa qoyub. Məhdudiyyət 2024-cü il avqustun 31-dək qüvvədə olacaq. Bu qərar daxili ərzaq bazarının sabitliyinin qorunub saxlanmasına yönəldilib.

Azərbaycanın şəkər idxal etdiyi əsas ölkələrdən biri də Rusiyadır.


Bəs, Rusiyanın sözügedən qərarı ölkənin daxili bazarına təsir göstərə bilərmi?




Mövzu ilə bağlı Bakupost.az -a danışan Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib ki, Rusiyanın şəkər ixracına müvəqqəti qadağa qoyması regionda və dünyada müvafiq qiymət dəyişikliklərinə səbəb olacaq. Azərbaycanın daxili bazarına idxal infilyasiyasının xeyli dərəcədə təsirləri var. Bu da bizim aparıcı əmtəələr üzrə idxaldan asılılığımızla bağlıdır:

“Fikrimcə, yaxın aylarda ölkədə müvafiq əmtəə qrupları üzrə qiymətlərin artmasının şahidi ola bilərik. Vəziyyətdən yeganə çıxış yolu regional vahid bazarların formalaşmasıdır. Elə əmtəə qrupları var ki, onlar üzrə biz idxaldan asılıyıq. Qonşu ölkələrlə, xüsusilə Rusiya ilə iqtisadi əməkdaşlığın dərinləşməsinə ehtiyac var ki, qiymət artımları bzim bazara kritik dərəcədə təsir göstərməsin. Regional iqtisadi əməkdaşlıq dərinləşərsə, vahid bazarlar formalaşarsa, birgə istehsal prosesləri olarsa, biz əlçatan qaydada həmin resursları ölkəmizə idxal edib istehsal prosesini də həyata keçirə bilərik. Regional iqtisadi inteqrasiya şəraitində qiymət artımı ölkəyə o zaman ciddi təsir göstərməyəcək”.



İqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycan bir neçə ölkədən şəkər idxal edir. İdxalın bir hissəsi Rusiyadan gəlir, amma bu, o qədər də böyük deyil. Biz əsasən, şəkəri İrandan alırıq. Rusiyadan ixrac olunan şəkər tələbatını başqa ölkələrdən gələn idxalınartırmaqla kompensasiya edə bilərik:

“Məsələ burasındadır ki, Azərbaycanın bu sahədə öz yerli tələbatını ödəyə biləcək potensialı var. Sadəcə olaraq, ölkədə cəmi 1 şəkər zavodu var. Son 1-2 ildə ölkəmizdə şəkər çuğunduru istehsalı çoxalsa da, 90-cı illərə nisbətən daha azdır. Biz bunun artırılmasına çalışmalıyıq”.

Sevinc,
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla