AZ

Si Cinpin: Rusiyaya təzyiq göstərmək Çin üçün maraqlı deyil

Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya təzyiq göstərmək Çin üçün maraqlı deyil və Qərbin belə bir təklifi yersizdir. Bu sözləri Çin lideri Si Cinpin mayın 6-da Fransada deyib.

“The New York Times” qeyd edib ki, Si Tszinpin Fransaya iki günlük səfəri zamanı Ukrayna münaqişəsi fonunda Rusiya ilə yaxın münasibətinə görə ölkəsinin tənqidlərə məruq qalmasına qarşı çıxıb.

Nəşr Çin liderinin sözlərini sitat gətirib: “Biz bu böhrandan məsuliyyəti üçüncü ölkələrin üzərinə atmaq, onların reputasiyasını ləkələmək və yeni soyuq müharibəyə başlamaq üçün istifadə olunmasının əleyhinəyik”.

 

P.ƏMİRCANOV

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla