AZ

Putin növbəti müddətə vəzifəsinin icrasına başladı - YENİLƏNİB

Vladimir Putin rəsmi olaraq altı illik müddətə Rusiya Prezidenti kimi vəzifəsinin icrasına başlayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin bildirib.

Dövlət başçısı vəzifəsinin icrasına başladığı elan edildikdən sonra çıxış etməlidir.

***

Moskvada 5-ci dəfə dövlət başçısı kimi fəaliyyətə başlayacaq Rusiyanın hazırkı prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

O, and içəcək və rəsmi olaraq dövlət başçısı kimi fəaliyyətə başlayacaq. Bundan sonra yeni nazirlər kabineti formalaşdırılacaq.

V.Putin ölkəyə növbəti 6 il, yəni 2030-cu ilə qədər rəhbərlik edəcək.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
2
Mənbələr
Şərh ()
Bağla