AZ

"Milan"dan PSJ-yə

"Milan"ın müdafiəçisi Teo Hernandes PSJ-yə keçə bilər.

Apasport.az xəbər verir ki, Paris klubu futbolçunu bu yay transfer etməyə çalışacaq. "Milan" Hernandesi heyətində saxlamaq istəyir, lakin rossonerilər fransızı 100 milyon avro qarşılığında buraxmağa hazırdırlar. Onun klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. 

Qeyd edək ki, İtaliya təmsilçisi hazırda yerli çempionatda 35 turdan sonra 71 xalla 2-ci pillədə qərarlaşıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla