AZ

Avropa Birliyinin “gürcü arzusu” çin olmadı - “Dərhal dayandırılmalıdır”

Avropa Parlamentinin 30-dan çox üzvü Avropa Komissiyasının vitse-prezidenti Ursula fon der Leyen və Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Josef Borreli Gürcüstanın AB üzvlüyünə namizəd statusunu dayandırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə SOVA məlumat yayıb.

AP üzvlərinin fikrincə, “Xarici agentlər haqqında” qanunun Rusiya analoqunun qəbulu prosesində dinc etirazçıları susdurmaq və güc tətbiq etmək cəhdləri icazə veriləndən kənara çıxıb.

“Bu davranış Gürcüstan siyasəti və cəmiyyətində gərginliyi və qütbləşməni daha da artırıb”, - avropalı deputatlar vurğulayıblar.

AP-nin üzvləri qeyd edirlər ki, bu davranışlar Avropa Komissiyasının namizəd statusunun əldə edilməsi kontekstində müəyyən edilmiş 9 addımına ziddir və bu gəlişmələrə artıq göz yummaq olmaz.

“Sizi qəti mövqe tutmağa və Gürcüstan hökumətinə açıq siqnal verəcək müvafiq tədbirlər görməyə çağırırıq. Gürcüstan hökuməti və hakim “Gürcü Arzusu” Partiyasının davranışı AB-yə namizəd ölkənin öhdəliklərinə ziddir. Müvafiq olaraq, üzvlüyə doğru irəliləyiş olmadan Gürcüstanın namizəd statusuna xitam verilməlidir”, - parlamentarilərin bəyanatında deyilir.

Digər yandan, deputatlar hesab edirlər ki, Gürcüstanın dövlət büdcəsi və hökumət proqramlarının AB tərəfindən maliyyələşdirilməsinə yenidən baxılmalıdır.

Parlamentarilər həmçinin Gürcüstanın Avropa Komissiyasının 8 noyabr 2023-cü il tarixli tövsiyəsində göstərilən 9 addımın həyata keçirilməsində irəliləyişinin dərhal ortamüddətli qiymətləndirilməsini istəyirlər.

Avropa Komissiyasının rəsmisi Gert Yan Kupman bundan əvvəl Gürcüstan hökumətinə xəbərdarlıq edib ki, “Xarici agentlər haqqında” qanun layihəsi qəbuledilməzdir və ölkənin AB-yə üzvlük ümidlərinə əngəl olacaq, amma hələ də vəziyyətin dəyişmək üçün vaxt var.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla