AZ

“Beşiktaş” fianala çıxdı -

Türkiyə Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Beşiktaş” “Ankaragücü”nü qəbul edib.Metbuat.az xəbər verir ki, bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən “Beşiktaş” doğma meydanda “Ankaragücü”nü yolundan kənarlaşdırmağı bacarıb.İlk görüşdə qolsuz heç-heçəyə razılaşan komandalar bu gecə də aşağı məhsuldarlıqla yadda qalıblar. Belə ki, matçın taleyini cəmi bir qol həll edib. İstanbul klubunun futbolçusu Ernest Muçinin 70-ci dəqiqədəki dəqiq zərbəsi “qara qartallar”ı turnirin finalına çıxarıb.

Qeyd edək ki, mayın 8-də baş tutacaq digər yarımfinalda “Trabzonspor” səfərdə “Fatih Karagümrük”lə münasibətlərə aydınlıq gətirəcək. İlk oyun 3:2 qaradənizlilərin xeyrinə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla