AZ

“Çelsi”dən getdi, doğma klubuna qayıtdı

Yayda "Çelsi" ilə müqaviləsi başa çatan Tiaqo Silvanın yeni klubu məlum olub. 

Bizim.Media xəbər verir ki, braziliyalə müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 

39 yaşlı futbolçu "Fluminense"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli mərkəz müdafiəçisi yeni klubu ilə 2 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Tiaqo Silva 2020-ci ilin yayından "Çelsi"də çıxış edir. Braziliya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
40
Mənbələr
Şərh ()
Bağla