AZ

Tomas Müller uşaqlıq arzusunu yerinə yetirmək istəyir

“Bayern”in hücumçusu Tomas Müller Çempionlar Liqasının yarımfinalında “Real”a qarşı keçirəcəkləri cavab oyunu haqda danışıb.

Arena.az veteran alman futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Cavab oyununda vəziyyət aydındır. Qalib davam edir. Beləliklə, oyun final xüsusiyyəti alıb. Çərşənbə günü bizim uşaqlıq arzumuzu yerinə yetirmək və Çempionlar Liqasının finalına çıxmaq imkanımız var. Bunun üçün hər şeyi verəcəyik”, deyə Müller vurğulayıb.

Xatırladaq ki, komandalar arasında Münhendə keçirilmiş ilk oyunda 2:2 hesablı məhsuldar heç-heçə qeydə alınıb.

Cavab oyunu bu gün Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir. Müllerin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə veteran hücumçu “Bayern”in heyətində bütün yarışlarda 38 oyun keçirib, 7 qol vurub, 10 məhsuldar ötürmə verib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 704 oyun, 242 qol, 266 məhsuldar ötürmə.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub.

Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 128 oyuna çıxıb, 45 qol vurub, 40 məhsuldar ötürmə verib. Müller “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub. Hücumçu həmçinin 5 qolla DÇ-2010-nun ən sərrast futbolçuları arasında yer alıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı veteran hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
7850
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6994
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1153
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1144
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1135
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1132
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
657
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
442
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
326
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
309
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
298
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
289
Arda Gülər dayanmır, yenə fərqləndi -
225
Arda dubl etdi - VİDEO
215
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
194
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
164
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
155
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
149
“Mançester Siti” İngiltərə çempionu olub
140