AZ

D vitamini çatışmazlığının qarşısını necə almaq olar? - AÇIQLAMA


Orqanizmimizdə hər bir vitaminin qədərində olması çox gərəklidir. İnsanların bəzilərində D vitamini çatışmazlığı müşahidə edilir. Bəs görəsən bu vitaminin çatışmazlığı hansı fəsadlar yaradır? Onu necə təmin etmək olar?

Səhiyyə Nazirliyinin mütəxəssis – eksperti, terapevt Zakir Quliyev Missiya.Az-a açıqlamasında deyib ki, D vitamini bizim dayaq - hərəkət sistemimiz, bədənimizin hər bir hüceyrəsi üçün önəmlidir:

“COVİD-19 pandemiyasında bunu bir daha görmüş olduq. Belə ki, aparılmış araşdırmalar nəticəsində bəlli oldu ki, D vitamini çatışmazlığı olan xəstələrdə həmin virus daha ağır keçir. Digərlərində isə daha az ağırlaşma müşahidə edilib”.



Həkimin sözlərinə görə sözügedən vitaminin əsas qaynağı günəş şüalarıdır:

“Lakin bəzi qidalar da - balıq məhsulları, qara ciyər, qırmızı ət, süd və süd məhsullarında D vitamin az da olsa var. Vurğuladığım kimi əsas mənbə günəşdir. Günəşin şüalarının dərimizə təması ilə həmin vitamin təmin edilir".

Zakir Quliyev əlavə edib ki, D vitamin çatışmazlığı müəyyən simptomlarla özünü büruzə verir:

“Bədən, əzələ və sümük ağrıları, saç tökülməsi, yuxulu olmaq, halsızlıq, bütün günü həvəssizlik, istəksizlik kimi bir çox simptomlarla özünü göstərir. Bu vitaminin çatışmazlığı olduqca ciddi problemdir. Sözügedən simptompların özündə hiss edən şəxs mütləq yoxlanışa getməlidir. Bəzən görürük ki, müayinə olunmadan D vitamini qəbul edən insanlar var. Unutmayaq ki, hər bir vitaminin çatışmazlığı qədər onun həddindən artıq olması da zərərlidir”.

Zərintac Mayisqızı
Missiya.Az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11501
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8462
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
7143
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2121
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1883
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1793
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1648
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1362
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1001
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
835
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
717
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
683
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
476
Arda Gülər dayanmır, yenə fərqləndi -
439
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
413
Arda dubl etdi - VİDEO
337
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
337
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
332
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
317