AZ

İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL

Ərəb mediasında yayılan məlumata görə, İsrail ordusu Misir və Fələstin sərhədində olan Rəfah şəhərini işğal etmək məqsədi ilə vətəndaşlardan şəhəri boşaltmağı tələb edib. Dünən isə İsrail ordusu Rəfah şəhərinin  sərhəd məntəqəsinə daxil olub. 

Əgər İsrail Rəfah şəhərini ələ keçirərsə Şərq regionuna təsiri necə olacaq? Müharibənin alovlanması mümkün görünür?

Məsələ ilə bağlı Misir Silahlı Qüvvələrin Strateji Araşdırmalar Mərkəzinin müşaviri, briqada generalı Xalid Fəhmi Ednews-a verdiyi açıqlamada bildirib ki, İsrail oktyabrın 7-dən bəri İsrailli girovları azad etmək məqsədi ilə Qəzzada bəzi əməliyyatlar həyata keçirdi, lakin, İsrail bu günə kimi məqsədinə çata bilməyib: 

“Digər tərəfdən hərbi əməliyyatlar beynəlxalq təşkilatlar tərəfindən sərt reaksiya ilə qarşılanacaq. Çünki beynəlxalq ictimaiyyətin İsrailə qarşı münasibəti kəskin şəkildə dəyişib. İsrail xalqına gəlincə, onlar hərbi əməliyyatı pisləyir, çünki çox yaxşı bilirlər ki, bu, İsrail ordusuna və ölkənin iqtisadiyyatına təsiri ağır olacaq”.
Hərbi əməliyyata Misirin reaksiyasından danışan ekspert bildirib ki, Misirin münasibəti heç də yaxşı olmayacaq, xüsusən Misir regionda sülh və sabitliyə və bu münaqişənin diplomatik yollarla həll edilməsinə çağırışlar edir.

Hərbi ekpert qeyd edib ki, Misir Həmas - İsrail müharibəsi başlayandan bəri Rəfah keçidini bağlamayıb və fələstinlilərə yardım edib: 

“Əgər İsrail hərbi əməliyyata başlasa, bu, HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarını dayandıracaq və iki tərəf arasında gərginlik yenə artacaq”.

Məsələ ilə bağlı həmçinin İsrail məsələləri və regional təhlükəsizlik üzrə strateji ekspert, general-mayor Dr.Vael Rabie də münasibət bildirib:

“Bütün bunlar yanlız Netanyahu tərəfindən bir təzyiqdir. Çünki, Netanyahu özünü həbsdən xilas etmək istəyir, bunun üçün Rafah şəhərinə daxil olmaqdan başqa çarəsi qalmayıb.Hesab edirəm ki, hərbi əməliyyat tez bir zamanda dayanacaq. Bunun da bir çox əsasları var: 

Birincisi: Fələstin tərəfində insan itkiləri böyük olacaq, bu da İsrailə qarşı beynəlxalq mövqeyi, xüsusən də Amerikanın mövqeyini çətinləşdirəcək.

İkincisi: Hərbi əməliyyəta fələstinli silahlı qrupların reaksiyası sərt olacaq. 

Üçüncüsü: İsrailli girovların ailələri yaxşı bilirlər ki, Rəfahdakı bombardmanın fonunda girovlar arasında itkilərin olması ehtimalı çoxdur.

Dördüncüsü: Rəfahda hər hansı itki Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunu və tərəfdaşlarını həbs etmək qərarını dəstəkləyəcək”.

Loğman Yunis

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
7838
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6988
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1151
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1144
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1135
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1132
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
657
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
435
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
326
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
309
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
295
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
288
Arda Gülər dayanmır, yenə fərqləndi -
223
Arda dubl etdi - VİDEO
214
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
194
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
164
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
155
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
148
“Mançester Siti” İngiltərə çempionu olub
140