AZ

Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyi edəcək? – AÇIQLAMA + FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib. Beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib. Gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Bu əlamətdar hadisə ilə bağlı fikirlərini Medianews.az-a bölüşən Əməkdar məşqçi Qələndər Aslanov bildirib ki, Azərbaycanda gənclər və idman sahəsinə ayrılan böyük diqqət, dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Onun sözlərinə görə, yeniyetmələrin, gənclərin fiziki-mənəvi tərbiyəsində, eləcə də mədəni həyatda iştirakında əhəmiyyətli rol oynayan bədən tərbiyəsi, həmçinin idman sahəsində ölkə rəhbərliyinin diqqət və qayğısı ilə hər il mühüm əhəmiyyətli tədbirlər keçirilir.

Əməkdar məşqçi qürur hissi ilə qeyd edib ki, Azərbaycan artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilib: “Bakı şəhərinin dünyanın idman paytaxtı seçilməsi, bizim üçün çox böyük uğurdur. Təsadüfi deyil ki, paytaxt şəhərimiz 2015-ci ildə ilk Avropa Oyunlarına, 2016-cı ildə Şahmat Olimpiadasına, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına, 2019-cu ildə UEFA Kubokunun finalına yüksək təşkilatçılıq səviyyəsində ev sahibliyi edib. Bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda, xüsusən Bakı şəhərində keçirilməsi idman sahəsində görülən işlərin, həyata keçirilən layihələrin nəticəsidir. Burada mütəmadi olaraq müxtəlif idman növləri üzrə Dünya, Avropa və beynəlxalq turnirlərin keçirilməsi, eləcə də Azərbaycan idmançılarının əsasən Olimpiya idman növlərində daim mükafatçılar sırasında yer almaları da ölkəmiz haqqında müsbət fikir yaradıb”.

Q.Aslanov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində, eləcə də ondan sonra ölkəmizin dünya hərb tarixində tanınmasında hərbçilərimizin fiziki hazırlığının da çox mühüm rolu olub: “Şuşanın işğaldan azad edilməsi bunun bariz nümunəsidir. Sözsüz ki, işğaldan azad olunmuş digər ərazilərimizdə də geniş idman infrastrukturları yaradılacaq, Qarabağımızda beynəlxalq idman yarışları təşkil olunacaq. Təbii ki, bu kimi görülən işlər, əhalinin kütləvi şəkildə bədən tərbiyəsi və idmana marağını da artıracaq. Əminliklə demək olar ki, Azərbaycan idmanı ölkə başçısı, Müzəffər Ali Baş Komandan, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, atletlərimiz yeni-yeni nailiyyətlər qazanacaqlar. Mən inanıram ki, 2026-cı ildə Bakının dünyanın “İdman paytaxtı” seçilməsi yaxın gələcəkdə Azərbaycanın Olimpiya Oyunlarına da ev sahibliyi edəcəyi anlamına gəlir”.

Ayşən RƏHİM

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10497
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8120
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
4070
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1811
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1643
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1619
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1558
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1103
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
781
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
666
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
592
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
543
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
395
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
363
Arda Gülər dayanmır, yenə fərqləndi -
356
Arda dubl etdi - VİDEO
307
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
294
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
261
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
247